• 07 İyun 2025 02:21

Kənan Basqal 4 ay müddətinə həbs olunub.

 Kənan Basqal 4 ay müddətinə həbs olunub.
Paylaş

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olan Kənan Zeynalov (Basqal) barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

 

Bu barədə martın 22-də APA Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verib.
Xəbərə görə, martın 21-i axşam saatlarında Anar Rəhimov adlı şəxsin Yeni Günəşli qəsəbəsində qarın nahiyəsində xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

 

Əlavə olunur ki, polis Kənan Basqalı şübhəli şəxs kimi saxlayıb.

Əli Kərimli sosial media hesabında mühafizəçisinin həbsini “qeyri-adi şərləmə” adlandırıb.
“Kənan Basqalı tanıyanlar bilir ki, o, həddən artıq mədəni, mehriban, heç vaxt zorakılığa meyil göstərməyən bir insandır. 100 % əminəm ki, o şərlənib”, – deyə partiya sədri bildirib.

 

Əli Kərimli digər ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədov da həbsdədir. Ona terrorizm ittihamı ilə 13 illik hökm oxunub. Əhmədov fevralın 26-da saxlandığı təcridxanada karserə salınıb və o vaxtdan aclıq edir.

Azərbaycanda həbsdə olan bir sıra fəallar bıçaqlama ittihamı ilə cəza çəkirlər. Onlar siyasi fəallar Samir Aşurov, Afiyəddin İbrahimov, Emin Şaiq İbrahimov və Nicad İbrahimdir.

 

Tacxeber.com

Oxşar xəbərlər