Monopoliya Azərbaycanda sadə sahhibkarların turizmdən gəlir götürməsinə imkan vermir.

Türkiyə keçən il 50 milyon turist qəbul edib, bu il 60 milyon edəcəklərini deyirlər. Nəzərə alsaq ki, Avropanın bəzi yerlərində, məsələn, Barselonada yerli camaat turistlərə qarşı mənfi münasibət formalaşdırır, Türkiyənin potensialı artır. Türkiyə keçən il turizmdən 60 milyard dollar gəlir götürüb. Bu, az qala Azərbaycanım ÜDM-sinə bərabərdir.
Azərbaycan turizmdən xeyir götürə bilərmi?
Problem ondadır ku, turizm adətən kiçik və orta biznesə, yəni adi camaata da xeyli xeyir götürmək imkanları gətirir. Azərbaycanda iqtisadi sistem isə siyasi səbəblərdən dolayı elə qurulub ki, adi camaat özbaşına pul qazana bilməsin. Bir müqayisə deyim. ABŞ-da dövlət sektorunda işləyənlər cəmi 15 faizdir. Maaş alanların 80 faizi özəl sektorda çalışır. Azərbaycanda dövlətdən maaş alanların sayı 50 faizdən çoxdur. Bu rəqəm qonşu Ermənistandan və Gürcüstandan da bir xeyli artıqdır. Niyə? Çünki Azərbaycan hökuməti camaatın özbaşına pul qazanmasını həzm edə bilmir, bunu özünün siyasi təhlükəsizliyinə problem hesab rdir. Taksilərin başına açdıqları oyun yadınızdadır.
Azərbaycan hökuməti problemi özünəməxsus şəkildə, başqa cür həll edir: özəl sektoru ələ keçirməklə. Məmləkətdə holdinqlər, mobil operatorlar, banklar, supermarketlər, idxal, ixrac, istehsal kimin əlindədir, bilirsiniz. İndi turizmin də o şərtlə irəliləməsinə imkan verərlər ki, adi camaat buradan mülkiyyətçi kimi pul qazana bilməsin. Əlbəttə, See Breeze, nə bilim digər əyləncə yerlərini özlərinin monopoliyasına keçirtməklə bu istiqamətdə xeyli irəli gediblər, amma tam həll edə bilməyiblər. Camaatı tamamilə turizmdən qazana bilmək imkanlarından məhrum edəndən sonra buna yol açacaqlar.
Azərbaycanın siyasi hakimiyyətinin ömrü ölkə camaatının sərbəst qazanmaq imkanlarından məhrum edilməsindən keçir. Sümürgəc sistem belə qurulub.