Təbiətlə ünsiyyət ağrıları azaldır?

Təbiətlə ünsiyyət ağrıların azalmasına səbəb olur.
Tacxeber.com “TRT Haber”ə istinadən xəbər verir ki, Vyana Universitetinin nevroloqları və beynəlxalq tədqiqat qrupunun rəhbərlik etdiyi yeni bir araşdırmaya görə təbiətlə qarşılıqlı əlaqə, hətta təbiət videolarına baxmaq fiziki ağrıları azalda bilir.
Tədqiqat çərçivəsində funksional maqnit rezonans görüntüləmədən (FMRI) istifadə edilərək iştirakçıların təbiət mənzərələrini seyr edərkən hiss etdikləri ağrıları daha az şiddətli və narahatedici kimi qiymətləndirdikləri müşahidə edilib.
Qeyd edək ki, tədqiqat çərçivəsində ağrıdan əziyyət çəkən iştirakçılara üç fərqli video göstərilib: təbiətə baxış, qapalı yerin görünüşü və şəhər mənzərəsi.
Beyin fəaliyyəti FMRI ilə ölçülən iştirakçılar təbiətin mənzərəsinə baxarkən daha az ağrı hiss etdiklərini bildiriblər.
Tədqiqatın aparıcı müəllifi və Vyana Universitetinin fəlsəfə doktoru Maks Stayninqer təbiətin beyinə təsiri barədə bu fikirləri deyib: