Trampın köməkçisi: “Ukrayna prezident seçkisi keçirməyə razılıq verib”
Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff ABŞ-li jurnalist Taker Karlsona müsahibəsində söyləyib ki, Ukrayna rəhbərliyi ölkədə prezident seçkisinin keçirilməsinə razılıq verib.
Tacxeber.com bu barədə TASS agentliyinə istinadən məlumat verir.
Belə ki, o, Taker Karlsonun Stiven Uitkoffa ünvanlandığı: “Sizcə, Ukraynada seçki olacaqmı?” – sualına cavabında deyib:
“Bəli, seçki baş tutacaq. Onlar (Ukrayna rəhbərliyini nəzərdə tutaraq) artıq bununla razılaşıblar. Ukraynada seçki keçiriləcək”, – deyə D.Trampın köməkçisi vurğulayıb.
Müsahibədə T.Karlson Kremlin mövqeyini də səsləndirib: