• 25 Mart 2025 17:34

Ukrayna ordusu Luqanskda daha bir yaşayış məntəqəsini azad etdi…

Ukrayna ordusu Luqansk vilayətinin Nadiya kəndini azad edib. 

Tacxeber.com “UNİAN”-a istinadla xəbər verir ki, bu barədə Üçüncü əlahiddə hücum briqadası məlumat verir.

 

Kəndin briqada qüvvələri tərəfindən azad edildiyi, ilk növbədə 1-ci hücum batalyonunun Nadiya üzərində nəzarətin bərpa olunduğu qeyd edilir. Düşməndən azad edilən ərazilərin ümumi sahəsi üç kvadrat kilometrdir.

 

Üçüncü Ordu Korpusunun komandiri Andrey Biletski bildirib: “Nadiyanın alınması düşmənə iki ay ərzində Rusiya Federasiyasının 20-ci ordusunun iki mexanikləşdirilmiş alayının –  752-ci və 254-cü alayların tamamilə məhv edilməsi hesabına başa gəlmişdi…”

 

Bundan əlavə, komanda 30 saat davam edən əməliyyatdan ilk görüntüləri nümayiş etdirib. Videodan görünür ki, Üçüncü hücum alayının bölmələri zirehli texnikanın dəstəyi ilə Nadiya kəndinin azad edilməsi əməliyyatı keçirib. Bu əməliyyat nəticəsində Rusiyanın itkiləri dəqiqləşdirilir. Lakin kadrlardan görünür ki, hücum zamanı çoxlu ruslar həlak olub.

 

Hücumçulardan biri işğalçıların cəsədlərini göstərərək “Müqəddəs torpağımıza gələn hər kəsi bu sonluq gözləyir” deyib.

Tacxeber.com

 

Oxşar xəbərlər