Cəmil Həsənli: “İnanan daşa dönsün ki, Kənan Basqal adam bıçaqlayıb”.

Həbs dalğası Kənan Basqala da çatdı. Onun həbsi ilə zindanda olan cəbhəçilərin sayı 15-ə çatdı. Məlumat yayıblar ki, 59 yaşlı Kənan Zeynalov adam bıcaqlayıb. İnanan daşa dönsün. Kənan bəyi sadəcə olaraq AXCP sədri Əli Kərmlinin mühafizə işlərinə ictimai əsaslarla rəhbərlik etdiyinə görə tutublar, cəbhəçi olduğuna görə tutublar.
Kənan bəy əqidəli adamdır, imanlı adamdır, haqqı nahaqqa verən adam deyil, sakit həyat tərzi keçirən imanlı bir vətəndaşdır. Necə Əlzamin Salayevlə bağlı bıçaqlama ssenarisi hazırlamışdılar, necə Emin İbrahimovu kimisə qurama bıçaqlama ittihamı ilə tutmuşdularsa, Kənan Basqalı da elə tutublar. Tofiq bəyin üzüünə duranlar kimi baçaq da tapıblar, bıçaqlanan da tapıblar. Bütün bu işlər müxalifətə, vətəndaş cəmiyyətinə, mətbuata qarşı ssenariləşdirilmiş işlərdir. Kənan Basqala da həmin ssenarilərdə rol verilib.
Dəfələrlə demişik. Ölkənin hüquq sistemi kökündən pozulub. Vətəndaşı qorumalı, qanunun keşiyində dayanmalı olan orqanlar günahsız adamlara torba tikiən qurumlara çevrilib. DİN də, Prokurorluq da, məhkəmə orqanları da, hətta Konstitusiya məhkəməsi də konstitusyon nəzarətdən çıxıb. Sovet dövründə belə biabrıçılıqlar yox idi. Vaxı ilə müstəbid Məhəmməd Rza şahın “Sazman-e Ettelaat və Əmniyyəti Keşvar” (SAVAK) təşkilatı belə özbaşnalıq etmirdi.
Bu gün istənilən Azərbaycan vətəndaşı həbs olunmaqdan sığortalanmayıb. Kənan Basqal da onlardan növbətisidir. Sabah, birisi gün, o birisi gün özünün də xəbəri olmadan kimisi bıçaqlaya bilərsən, qaçaqmalçı ola bilərsən, saxta pul kəsə bilərsən. Əliyevlərin istibdadı dövründə narkotika kabusu hər kəsi qarabaqara izləyir, hər kəsin başının üzərində dolanır. Ssenaridə yer almış rüşvət verənlə, rüşvət alan arasında 15-20 km-lik fiziki məsafə belə dəlil sayılmır. Çünki ölkə məhkəmələri ədalət simvolu olmaq funksiyasını çoxdan itirib, hakim rejimin əlində cəza aparatına çevrilib.
Bu gün Azərbaycanda hakim rejim suyun qabağını kəsən əjdaha kimi qurbanlar tələb edir. Dünən Kənan Basqalı atdılar onun ağzına, görək sabah kim qurban getməli olacaq. Dövlətin resursları müxalif partiyaya qarşı səfərbər edilib. AXCP sədrinin bilmirəm artıq neçənci köməkçisi, mühafizəçidir həbs edilir. Heç nə üstündə 13 il iş almış Niyaməddin Əhmədovu cəza yerində də rahat buraxmırlar. Xəbər gəldi ki, karsa salıblar.
Deməli bu ölkədə 14 bıçaq zərbəsi ilə bir gənci öldürdüyünə görə adama 9 il iş verirlər, 5 min 500 manatla guya dövlət çevrilişi etməkdə günahlandırılan Niyaməddin Əhmədova 13 il iş verirlər. Əsl səbəbi şübhəsiz ki, Əli Kərimlinin mühafizəçisi olmasıdır. Bizim ölkədə insan taleləri bax belə məhv edirlər. İndi görək Kənan Basqalla bağlı nə oyun çıxaracaqlar?