İmamoğlu ilə birlikdə saxlanılan Ercan Saatçi azadlığa buraxıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya və terror əməliyyatı çərçivəsində saxlanılan məşhur türkiyəli sənətçi, müğənni Ercan Saatçi hakimin əmri ilə azadlığa çıxıb.
Tacxeber.com “Report”a istinadən xəbər verir ki, istintaq çərçivəsində saxlanılan Əhməd Palazoğlu və Alihan Aydın da sərbəst buraxılıb.
Məlumata görə, 57 yaşlı Ercan Saatçi İstanbul Böyükşəhər Bələdiyyəsinin konsertləri ilə bağlı səbəbə görə saxlanılmışdı.