Donaldın oğlunun Kanadanın Baş naziri olma ehtimalı böyükdür.

Sümüyünə qədər “psevdo-sol, qlobalist, pvesdo-liberal” olan Kanadanın baş naziri Trüdo, bildiyiniz kimi, istifa verdi. Kanadada 28 apreldə yeni seçkilər olacaq, qələbə ən yaxın Konservativ Partiya, onun lideri Pierre Poilievre görünür.
Maraqlı gəldi, Pierre Poilievreni bir az araşdırdım, siyasi görüşləri sağ-sağ mərkəzdir, sözün yaxşı mənasında konservatordur, yəni, indi dünyada ciddi sürət və tərəfdar yığan ideologiyanın təmsilçisidir.
Amma maraqlı taleyi var: 1979-cu ildə anadan olub, bioloji anası 16 yaşlı Jaklin Farrel adlı bir məktəbli olub, atasının kimliyi isə bilinmir. Doğuşdan həmən sonra 16 yaşlı qızcığaz uşaqdan imtina edib. Məktəb müəllimləri olan Marlen və Donald Poilievreni ailəsi Pierreni övladlığa götürüblər. Amma Pierrenin 13-14 yaşı olanda onlar da ayrılıblar, atalığı Donald uşaqla pis davranırmız, hətta ayrılandan sonra “coming out” da elan edibmiş.
Pierre öz doğma anasını 20 yaşı olanda danıyıb, anasının artıq başqa həyatı, ailəsi olduğu üçün, və ya digər səbəbdən münasibətləri soyuq olub. İndiki ad və soyadına baxmayaraq etnik olaraq Pierrenin irlad kökənli olduğu bilinir.