• 26 Mart 2025 22:21

Amerikalılar Qrenlandiyaya “imtina edə bilməyəcəkləri bir təklif”lə gəldilər.

Amerikalılar Qrenlandiyaya girdilər.

 

ABŞ nümayəndə heyəti, o cümlədən konqresmen, energetika naziri Mayk Vals və vitse-prezident J.D.Vansın həyat yoldaşı Qrenlandiyaya gəliblər.

 

Bildirilir ki, onlar adalılara “imtina edə bilməyəcəkləri bir təklif” etməyi planlaşdırırlar.

 

Bu arada Danimarkalı deputat Rasmus Jarlov J.D.Vansın Danimarka Krallığına qarşı ərazi iddialarına belə cavab verib:”Qrenlandiya 1380-ci ildən Danimarkanın tərkibindədir və onun sakinləri Danimarka vətəndaşlarıdır.

 

Qrenlandiyalıların yalnız 6%-i ABŞ-ı Danimarkadan üstün tutur.

 

Heç bir seçilmiş Qrenlandiya rəsmisi ABŞ-a qoşulmağı dəstəkləmir və yeganə Tramp tərəfdarı olan partiya cəmi 1% səs toplayıb.

 

Qrenlandiyada Çin təhlükəsi yoxdur – yeganə narahatlıq ABŞ-ın artan təzyiqidir”. (Azadlıq Qəzeti)

 

Tacxeber.com

Oxşar xəbərlər