• 26 Mart 2025 17:39

Belarus millisinin baş məşqçisi: “Azərbaycan çox yaxşı komandadır”

“Azərbaycan çox yaxşı komandadır”.

Tacxeber.com xəbər verir ki, bunu futbol üzrə Belarus millisinin baş məşqçisi Karlos Alos millimizlə matçdan öncə keçirilən mətbuat konfransında deyib.

 

Mütəxəssis komandasının sabahkı matça hazır olduğunu bildirib: “İki fərqli örtükdə oynamaq çətindir. Hərəsinin öz çətinliyi var. Həmçinin biz iki fərqli hava şəraitində çıxış edəcəyik. Bundan əvvəlki Türkmənistanla matçda həm süni örtükdə oynamışdıq, həm də hava orada isti idi. İndi isə təbii meydançada və soyuq havada oynayacağıq. İki oyun arasında müqayisə aparmaq istəməzdim, çünki tamamilə fərqli matçlar olacaq”.

Tacxeber.com

Oxşar xəbərlər