İstənilən hökumət üçün bu mənzərə utancverici olmalıdır amma iqtisadi komandanın isə heç vecinə də deyil.

Azərbaycanın əsas ixrac məhsulunun neft-qaz, neft məhsulları olduğunu artıq hamımız bilirik. Onu da demək lazımdır ki, Azərbaycan post-sovet ölkələtrinə (Gürcüstan xaric) neft-qaz satmır, və ya, az həcmli neft məhsulları satır.
2025-ci ilin yanvar-fevral ayları ilə bağlı idxal-ixrac rəqəmləri açıqlanıb, mənzərəni sizə göstərim, görün ölkə iqtisadiyyatı nə gündədir: 1) Rusiya – ixracımız cəmi 151 mln. dollar olub, Rusiyadan ölkəyə ixrac 847 mln. dollar, 2) Qazaxıstan – ixrac 12,2 mln. dollar olub, idxal 59,7 mln. dollar, 3) Belarus – ixrac 10,7 mln. dollar, idxal 55,6 mln. dollar, 4) Özbəkistan – 5,5 mln. dollar ixrac, idxal 59,5 mln. dollar (qeyd edim ki, Özbəkistanın bizim ölkəyə ixracı 2024-cü ilin ilk 2 ayı ilə müqaisədə 3 dəfə (!!!) artıb), 5) Türkmənistan – ixrac 6,7 mln. dollar, idxal 43,8 mln. dollar, 6) Qırğızıstan – ixrac 800 min (bəli, min) dolar, idxal 2 mln. dollara yaxın.
Mənzərə belədir, post-sovet ölkələrinə ticarət saldosunda 6-0 uduzuruq, keçmiş post-sovet ölkələrinə heç nə istehsal edib sata bilmirik, neft-qaz ayıbımızı ümumən örtür, amma neft hasilatı və qiyməti düşür, qaz gəliri neft gəlirini əvəz edə bilmir-bilməyəcək, deməli bir müddət sonra ayıb yerlərimiz çöldə qalacaq, neft-qaz o yerləri örtə bilməyəcək.
İstənilən hökumət üçün bu mənzərə utancverici olmalıdır, iqtisadi komandanın isə heç vecinə də deyil, rəqəmsiz, sübutsuz danışırlar, istənilən statistika isə özlərinə qarşı olur, sözlərini boşa çıxardır – çünki, iqtisadiyyatda bəyanatlar deyil də, rəqəmlərin dili önəmlidir…