Maskın uşağının anasına autizm diaqnozu qoyuldu – FOTO

Amerikalı milyarder İlon Maskın keçmiş həyat yoldaşı, 37 yaşlı müğənni Qraymsa autizm diaqnozu qoyulub.
Tacxeber.com “qafqazinfo”ya istinadən xəbər verir ki, müğənni bununla bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Bu il mənə DEHB (diqqət çatışmazlığı və hiperaktiv pozğunluq) və autizm diaqnozu qoyuldu. Disleksiyaya sahib olduğumu başa düşdüm. Bunu uşaq vaxtı bilsəydim, daha az işləyərdim, dərman qəbul edərdim. Məndə olan bir çox qəribə vəsvəsələr və motivasiyalar patoloji olaraq görünərdi”, – paylaşımda qeyd olunub.
Qeyd edək ki, eks-cütlüyün 4 yaşında X Æ A-Xii, 3 yaşında Eksa Dark Siderel, 2 yaşında Texno Mexanikus adlı üç övladı var.