• 26 Mart 2025 00:15

Trampdan kriptovalyuta sahəsində yeni addım – Əməkdaşlığa başlayır

ABŞ prezidenti Donald Trampın şirkəti “Trump Media and Technology Group” “Truth.Fi” brendi altında altkoin ETF-ləri və ETP-lər təqdim etmək üçün “Crypto.com” ilə əməkdaşlığa başlayıb.

 

Öhdəlik daşımayan razılaşma rəqəmsal aktivlər və enerji kimi sahələri əhatə edən investisiya məhsullarının təqdimini nəzərdə tutur. Layihənin texniki təminatı və lansmanı “Crypto.com” və onun tərəfdaşı “Foris Capital US LLC” tərəfindən həyata keçiriləcək. ETF-lər “Bitcoin”, “Cronos” və digər seçilmiş kriptovalyutaları əhatə edəcək.

 

Tənzimləyici təsdiqdən sonra məhsulların bu il ərzində ABŞ, Avropa və Asiya bazarlarında istifadəyə verilməsi planlaşdırılır.

 

TMTG rəhbəri Devin Nunes bildirib ki, məqsəd siyasi təsirlərdən uzaq, ABŞ iqtisadiyyatına töhfə verən, texnologiya yönümlü və sürətli inkişaf edən şirkətləri dəstəkləyəcək fondlar təqdim etməkdir. (Valyuta.az)

 

Tacxeber.com

Oxşar xəbərlər