• 29 Mart 2025 13:51

ABŞ-da məhkəmə “Azadlıq” radiosunu bağlamağı qadağan edib.

Kolumbiya dairə məhkəməsinin federal hakimi Roys Lambert bildirib ki, Qlobal Media üzrə Agentliyin Azad Avropa Radiosu/Azadlıq radiosu qrupunun (RFE/RL) maliyyələşməsini dayandırması – hətta bu barədə prezidentdən göstəriş almış olsalar belə – heç bir faktla əsaslandırılmayan qərardır və federal qanunu pozur. Hakim işə mahiyyəti üzrə baxılana qədər müvəqqəti tədbir kimi administrasiyaya radionu bağlamağı qadağan edib.

 

Bu, Tramp administrasiyasının icraatlarına qarşı qəbul olunan növbəti məhkəmə qərarlarından biridir. Radikal sağçılar bu cür qərarları verən hakimlərin radikal solçu olduğunu və onların ideoloji motivlərlə hərəkət etdiyini iddia edərək bu hakimlərin kənarlaşdırılması yönündə kampaniya aparır. Lakin “Azadlıq” radiosu ilə bağlı qərar verən 81 yaşlı Roys Lambert prezident Reyqan tərəfindən təyin olunmuş mühafizəkar hakimdir.

 

Ötən həftələrdə ABŞ Ali Məhkəməsinin sədri, mühafizəkar hakim Con Roberts Trampa xəbərdarlıq edib ki, hakimlərin impiçmenti barədə çağırışlar yanlışdır və bundan vaz keçmək lazımdır.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər