• 30 Mart 2025 00:18

Avropa ölkələri Ukraynaya qoşun göndərmək istəmir – KİV

Avropa ölkələri Ukraynaya qoşun göndərmək istəmir və dəstək üçün alternativ variantlar axtarmaq niyyətindədirlər.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Reuters” Aİ-dəki mənbələrə istinadən məlumat yayıb.

 

Mənbə bildirib ki, Ukrayna daha yaxşı vəziyyətdə olanda Avropa kontingentinin göndərilməsi ideyası cəlbedici görünürdü.

 

Mənbələr həmçinin əlavə edib ki, kontingentin göndərilməsi Rusiyanın sərt müqaviməti və geniş logistika zəncirləri ilə əngəllənir.

 

Fransa prezidenti Emmanuel Makron deyib ki, Ukraynaya yardım etmək istəyənlər koalisiyasının sammitində ölkəyə dəstək məsələləri müzakirə olunacaq. Xüsusilə qeyd olunub ki, Avropa İttifaqı və Kanadanın bir sıra liderləri Ukraynada sülhməramlı kontingentin yerləşdirilməsi imkanlarını müzakirə edəcəklər. Rusiya kəşfiyyatının məlumatına görə, kontingentin sayı 100 minə yaxın hərbçi ola bilər.

Tacxeber.com

Oxşar xəbərlər