Azərbaycan üçün çıxış şok effekti yaratdı: İrəvan meydanından VİDEO

Sosial şəbəkələrdə yayılan və birbaşa İrəvanın mərkəzində çəkilmiş bir video Ermənistanda ciddi rezonans doğurub. Tacxeber.com musavat.com-a istinadən xəbər verir ki, söhbət bir türk gəncin İrəvanın baş meydanında çəkdirdiyi və Azərbaycan türkcəsində dünyaya ünvanladığı mesajdan gedir.
Videoda həmin gənc özünü belə təqdim edir:
“Mən Azərbaycan dilli türkəm. Yəni Azərbaycan türkcəsində mükəmməl danışıram. Bura Azərbaycan türklərinin yeridir. İrəvan qədimdən, min illər boyu Azərbaycan türklərinin məskəni olub. Bu torpaqlardan 2 milyona yaxın Azərbaycan türkü zorla çıxarılıb. Amma bu gün biz buradayıq. Bu gün birimiz gəlmişik, sabah minlərlə gələcəyik.”
Sayt yazır ki, bu qısa, lakin güclü videomüraciət, Ermənistanda narahatlıqla qarşılanıb, düşmən ölkəni silkələyib, sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Eyni zamanda, Azərbaycanda və Türk dünyasında isə qürur, ruh yüksəkliyi və milli birliyin simvolu kimi qəbul edilib.