• 29 Mart 2025 17:52

Bu yağlarla bağlı HƏYƏCAN ANONSU – Əhali üçün TƏHLÜKƏ VAR!

Ölkəmizdə marqarin yağı istehsalı  artıb. 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 10 min 168,5 ton marqarin yağı  istehsal edilib.

 

Bu barədə  Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib. Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 2 min 772,9 ton və ya 37,5% artıb. Ötən ilin yanvar-fevral  aylarında 7 min 395,6 ton istehsal marqarin edilmişdi.

 

Mart ayının 1-nə hazır məhsul ehtiyatı isə 5 min 768,6 ton təşkil edib. Hazır məhsul ehtiyatı 1 940 ton, yəni 50,7%  azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 3 min 828,6 ton olub.

 

Bəs bu artımın arxasında hansı sağlamlıq riskləri dayanır və marqarin orqanizmimizə necə təsir göstərir?

Bu barədə Moderator.az-a danışan qida eksperti Fərid Səfərov deyir ki, ölkədə sağlam qidalanma ilə bağlı müəyyən təbliğat işləri aparılsa da təəssüf ki, son bir neçə ay ərzində marqarin istehsalı olduqca təhlükəli hal alıb. Bunun səbəbi ucuz başa gəlməsi və asanlıqla əldə edilməsidir. Bu da müəyyən “işbazlara” yol açır:

 

“Marqarin kimyəvi proseslər nəticəsində süni şəkildə əldə edilən, yağa bənzər dadı və görünüşü olan yağdır. Soya, pambıq, palma, günəbaxan, kanola kimi bitkilərdən əldə edilir.

 

Etiketində tamamilə bitki yağı olduğu və tərkibində  0 mq xolesterin olduğu yazılsa da marqarin insan sağlamlığı üçün təhlükəlidir.

 

Marqarinin zərərləri:

* Ürək xəstəliyi riskini 3 dəfə artırır.

* Ümumi xolesterin və LDL-ni artırır. (pis xolesterin)

* HDL-ni aşağı salır. (yaxşı xolesterin)

* Ana südünün keyfiyyətini aşağı salır.

* İmmunitet sistemini zəiflədir.

* Mədəaltı vəzinin insulin reaksiyasını azaldır və diabetə səbəb olur.

 

Doymuş yağın və trans yağ turşularının miqdarı kifayət qədər yüksəkdir.

 

Marqarinə həmçinin emulqatorlar, ləzzətləndiricilər, duz əlavə edilərək ətirəndirilir.

 

Bütün bunları nəzərə alaraq marqarini qətiyyən evinizə almayın, yağ alarkən etiketi diqqətlə oxuyun, bilmədiyiniz, tanımadığınız, keyfiyyətinə əmin olmadığınız heç bir qida maddəsini süfrənizdə istifadə etməyin”.

Tacxeber.com

Oxşar xəbərlər