“Girovlar geri qaytarılmasa, İsrail Qəzzanı alacaq” – Netanyahu
İsrail Qəzza zolağında girovlar azad edilməyincə, HƏMAS hərəkatına təzyiq göstərməyə davam edəcək.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
Baş nazir qeyd edib ki, HƏMAS girovları azad etməzsə, Qəzza zolağında bir sıra ərazilər İsrailin nəzarətinə keçəcək.