• 29 Mart 2025 23:21

Məşhur saç boyasının tərkibində sonsuzluğa səbəb olan maddə tapıldı

Çexiya bazarında “Schwarzkopf Palette” və “Syoss Professional Performance” saç boyalarının tərkibində Avropa İttifaqında (Aİ) qadağan olunmuş lilial maddəsi tapılıb.

 

Tacxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Çexiya Səhiyyə Nazirliyi bəyanat verib.

 

Məqalədə Çexiyanın baş sanitar həkimi Barbara Matskovanın lilialın reproduktiv sistem üçün toksiki olması ilə bağlı sözlərindən sitat gətirilib. Bildirilib ki, bu da heyvanlarda aparılan araşdırmalarla təsdiqlənib.

 

Matskovanın sözlərinə görə, bu maddənin istifadəsi insan sağlamlığı üçün təhlükə yaradır.

 

Lilial və ya butilfenil metilpropionaldan istifadəyə Aİ-də 2022-ci il martın 1-dən qadağa qoyulub. Bu andan etibarən maddə kosmetik məhsulların istehsalı üçün tərkib hissəsi kimi istifadə edilə bilməz.

 

Eyni zamanda, liliala təkcə saç boyalarında deyil, həmçinin sabunlar, losyonlar, ətirlər, əl kremləri, o cümlədən ətirli şamlar, hava təravətləndiriciləri və paltar üçün kondisionerlərdə də rast gəlinə bilər.

 

İstehlakçılara satın alınan məhsulların qablaşdırmasında bu maddənin olub-olmamasını diqqətlə yoxlamaq və aşkar etdikləri təqdirdə, satın almaqdan imtina etmək tövsiyə olunur.

Tacxeber.com

Oxşar xəbərlər