Senator parlamentə çürümüş balıqla gəldi

Avstraliyanın Tasmaniya qızılbalığı sənayesini qoruyan qanun layihəsi parlamentdə xaosa səbəb olub.
Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, qanunun əleyhdarları iddia edirlər ki, təsərrüfatlardan gələn çirklənmə yalnız Tasmaniyada yaşayan Maugean skatlarını təhlükə altına ala bilər.
Yaşıllar Partiyasının senatoru Sara Hanson-Yanq anun layihəsinə etiraz olaraq parlamentdə nəhəng, başı kəsilmiş və çürüyən qızılbalıq nümayiş etdirib.
“Çürüyən, zəhərli qızılbalıq sənayesinə ekoloji qanunlarımızda imtiyaz verilir. Növbəti hansı zəhərli sənaye olacaq?” – o deyib.
Senatın sədri Sue Lines dəfələrlə senator Hanson-Yanqa balıqları çıxarmaq üçün xəbərdarlıq edib. Lakin Hanson-Yanq xəbərdarlıqlara məhəl qoymayıb və balığı masaya vuraraq etirazını davam etdirib. Bu arada bəzi senatorlar pis qoxuya görə burunlarını əlləri ilə bağlayıblar.