• 31 Mart 2025 23:42

Zelenski planını açıqladı – Diqqətçəkən Türkiyə tələbi

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ nümayəndə heyətinin Rusiya və Ukrayna ilə ayrı-ayrılıqda keçirdiyi görüşlərdən sonra mətbuat konfransı keçirib.

 

Tacxeber.com xəbər verir ki, Zelenski Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ABŞ, Rusiya və Ukrayna arasındakı razılaşmanın dərhal qüvvəyə mindiyini söyləyib.

 

Lakin o, Rusiyanın razılaşmaları təhrif etməyə başladığını iddia edib. Qeyd edib ki, Rusiyanın razılaşmaları pozacağı təqdirdə ABŞ prezidenti Donald Trampdan silah dəstəyi və Rusiyaya qarşı sanksiyalar tələb edəcəklər: “ABŞ tərəfi bu razılaşmaların onların açıqlamalarından sonra qüvvəyə mindiyini düşünür. Ancaq Rusiyanın bu qaydalara əməl edəcəyinə inanmıram”.

 

Zelenski Türkiyənin Qara dənizdə atəşkəsin nəzarətinə, Yaxın Şərq ölkələrinin isə enerji infrastrukturu ilə bağlı atəşkəsə daxil edilə biləcəyini, lakin bu məsələlərin hələ bu ölkələrlə müzakirə edilmədiyini vurğulayıb.

 

Ölkə başçısı son olaraq bildirib ki, Ukrayna razılaşmaları yerinə yetirmək üçün hər şeyi edəcək, lakin Rusiya hücumlarını davam etdirərsə, bunun cavabını alacaq.

Tacxeber.com

Oxşar xəbərlər