• 31 Mart 2025 09:30

Azərbaycanın bu institutunun 70-ə yaxın əməkdaşı işləmək üçün xaricə gedib

Vaxtilə Riyaziyyat və Mexanika İnstitutunda çalışmış alimlərin 69 nəfəri işləmək üçün xarici ölkələrə gedib”.

 

Bunu Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Misir Mərdanov bildirib.

 

Onun sözlərinə görə, həmin elm adamları hazırda Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Almaniya, Kanada, ABŞ, Avstraliya, Böyük Britaniya, Belarus və digər ölkələrin aparıcı elm və təhsil müəssisələrində fəaliyyət göstərir: “Həmin alimlərlə müntəzəm əlaqə saxlanılır, ölkəmizə gələndə onların seminarlarda məruzələri dinlənilir və aldıqları yeni elmi nəticələr müzakirə edilir”.

 

M.Mərdanov qeyd edib ki, Riyaziyyat və Mexanika İnstitutunda hazırda 185 nəfər çalışır, onlardan biri akademik, 5-i Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü; 45-i elmlər doktoru, 56 nəfər fəlsəfə doktoru olmaqla 120 nəfəri elmi işçidir. Hazırda institutun strukturuna 12 şöbə və bir laboratoriya daxildir. (Teleqraf)

 

Tacxeber.com

Oxşar xəbərlər