Gürcüstanda Saakaşvilinin partiyası qadağan olunacaq

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat partiyası və ona bağlı partiyalar konstitusiyaya zidd elan olunacaq və bundan sonra seçkilərdə iştirak edə bilməyəcək.
Tacxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu partiyasının icraçı katibi Mamuka Mdinaradze məlumat verib.