İrəvanda video çəkib Azərbaycan xalqını təbrik edən bloger təhdid olunur
Son günlər Azərbaycanda və Ermənistanda hər kəs İrəvanın mərkəzindən video çəkib paylaşan gənc türk blogerindən danışır.
Tacxeber.com xəbər verir ki, bu bloger Azərbaycanda müəllim işləyən türkiyəli Ogün Özdəmirdir.
O. Özdəmir İrəvanın mərkəzindən çəkdiyi videoda Azərbaycan xalqının Novruz bayramını təbrik edir və qərbi azərbaycanlılara salam deyir. Sonra o, “Qarabağ” adlı məşhur Azərbaycan mahnısını ifa edir.
Türkiyəli bloger Azərbaycana qayıtdıqdan sonra səfəri ilə bağlı açıqlama verib. O, Ermənistana Gürcüstan sərhəddindən keçdiyini bildirib. Özdəmir deyib ki, İrəvana keçərkən erməni sərhədçiləri onun türk pasportunu görüb təəccübləniblər. Bundan sonra iki saat davam edən sorğu-sual başlayıb. Ermənilər onun pasportundakı Azərbaycan möhürünü görüb, “düşmən ölkə” ilə əlaqələri, Qarabağa nə üçün səfər etməsi və s. ilə maraqlanıblar.