• 09 İyun 2025 04:00

“Qarabağ da, Krasnodar da Ermənistandır” deyən çempion belə tutuldu – VİDEO

 “Qarabağ da, Krasnodar da Ermənistandır” deyən çempion belə tutuldu – VİDEO
Paylaş

Rusiyada yaşayan erməni idmançı və bloger Vladimir Vanyan həbs edilib.

 

Tacxeber.com “Sport-ekspress”ə istinadən xəbər verir ki, Krasnodar vilayətinin Leninski Rayon Məhkəməsi pauerliftinq üzrə dünya çempionu Vladimir Vanyan barəsində həbs qətimkan tədbiri seçib.

 

Bildirilib ki, o, martın 24-də sosial şəbəkədə canlı yayımda separatçı bəyanatlar verib. Belə ki, Vanyan videoda “Qarabağ da, Krasnodar da Ermənistandır”, – deyib.

 

Bundan sonra Vladimir Vanyanın yeri müəyyən edilib və Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb.

 

Qeyd edək ki, Vladimir Vaynan canlı yayımda Rusiyanın dövlət qurumlarını və hərbçilərini də təhqir edib.

Tacxeber.com

Oxşar xəbərlər