“Signal qalmaqalı” böyüyür.

Dünən ABŞ Senatının profil komitəsinin iclası çərçivəsində senatorlar kəşfiyyat şeflərini sorğu-suala çəkilmişdi.
Kəşfiyyat şefləri bunlar idi (bax şəkilə, soldan sağa):
Timoti Ho(Milli Təhlükəsizlik Agentliyinin* şefi), Keş Patel(FTB), Tulsi Qabbard(Milli Kəşfiyyat rəhbəri), Retkiff(Mərkəzi Kəşfiyyat İdarəsi), Ceffri Kruz(Pentaqon, Hərbi Kəşfiyyat şefi).
* Milli Təhlükəsizlik idarəsinin və Milli Təhlükəsizlik agentliyinin fərqi ondadır ki, agentlik-Pentaqonun daxilində olan və elektron kəşfiyyatla məşğul olan qurumdur, Qabbardın başçılıq etdiyi Milli Təhlükəsizlik isə, bütün kəşfiyyat qurumlarının(18 qurum) tabe olduğu idarədir.
Senatorlar “Signal qalmaqalı” ilə bağlı kəşfiyyat şeflərini “divara dirəmişdilər”.
Qabbard və Retkliff cavablarda çətinlik çəkirdilər, Retkliff isə ümumiyyətlə “MÖHTƏŞƏM” ifadə işlədib, “heç nə yadımda deyil”. Bunu Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri deyir.
Sonra.
Kəşfiyyat rəhbərləri müdafiə üçün seçdikləri taktika bu idi:
Biz məxfi məlumatları yaymamışıq, bu məlumatları yayan Pentaqonun rəhbəri Heqset idi və ABŞ qanunvericiliyinə görə, Pentaqon rəhbərinin bu cür məlumatların məxfilik qrifini ləğv etmək səlahiyyəti var.
Kəşfiyyat rəhbərləri ilk ağır zərbəni burada aldılar, senatorlar təklif etdilər ki, bu məlumatları “Signal”da yaymaq üçün, gərək Heqset onların üzərindən məxfilik qrifini ləğv etmiş olsun, Heqset məxfiliyi ləğv edibsə, lap əla, gəlin bu məlumatları ictimayyət üçün açaq. Bu sözlər səslənəndə, kəşfiyyat rəhbərlərinin bir-birinə gərgin baxışmaları başladı.
Amma bu da hələ son deyil.
Resp-lər həm rəsmi açıqlamalar səviyyəsində, həm də mətbuat vasitəsilə “orda məxfi heç bir şey yox idi” tezisini yaymağa başladılar. Və…
Və buna cavab olaraq nüvə zərbəni “The Atlantic”in redaktoru Qoldberg endirdi. Bilirsiniz Ceffri Qoldberg nə etdi?
Heqsetin 100% məxfi məlumatları daşıyan mesajının skrinini yaydı(rəydə paylaşdım).
Qoldberg nüvə zərbəsi endirdi, bu danılmazdır.
Qalmaqal davam edir…