• 31 Mart 2025 09:25

Sizi divara dirəyəcəm, tapdalayacam – Paşinyan əsəbiləşdi

Sizi divara dirəyəcəm, tapdalayacam – Paşinyan əsəbiləşdi

Ermənistanın Baş naziri Nikol Paşinyan canlı efirdə Qarabağla bağlı debatların keçiriləcəyi təqdirdə Ermənistanın keçmiş prezidentlərini “divara dirəməklə” hədələyib.

 

Axar.az xəbər verir ki, Paşinyan bunu parlamentdə hökumət saatında deyib.

 

Onun sözlərinə görə, keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan 2020-ci ildə Azərbaycanla müharibədə məğlubiyyətə görə onu günahlandırmağa çalışırlar:

 

“Halbuki biz hakimiyyətə gələndə bu, (müharibə – red.) qaçılmaz idi. Buna görə onları canlı debatlara dəvət etdim. Amma bu üç “düşüncə nəhəngi” deyir ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur. Sonra övladlarını, nəvələrini, gəlinlərini, bacanaqlarını mətbuat konfranslarına göndərirlər. Hey, danışmağa bir sözünüz yoxdursa, oturun və yerinizdən tərpənməyin… Mən sizinlə mübahisə etməyəcəyəm, sizi divara dirəyəcəm. Və oradan da sizin siyasi meyitlərinizin qalıqları çıxacaq. Hər üçünə aiddir. Bəsdir əsəblərimizlə oynadığınız. Mən sizi tapdayacam və heç bir müzakirə olmayacaq”.

Tacxeber.com

Oxşar xəbərlər