Tramp ehtiyacı olanları sosial evlə təmin etmək əvəzinə onları məcburi müalicəyə göndərmək istəyir
ABŞ Prezidenti Donald Tramp evsizlərlə mübarizənin yeni üsulunu nəzərdən keçirir.
Bu barədə CBS telekanalı məlumat yayıb.
Qeyd olunur ki, Ağ Ev rəhbəri ehtiyacı olanları sosial evlə təmin etmək əvəzinə onları psixi xəstəliklərdən və narkotik vasitələrdən asılılıqdan məcburi müalicəyə göndərmək istəyir.
“Prezident Tramp küçələrdə yaşayanları məcburi şəkildə böyük düşərgələrə köçürməklə, eləcə də onların psixi xəstəliklər və narkotik vasitələrdən asılılıqlarının müalicəsini tələb etməklə küçələri evsizlərdən təmizləmək üçün yeni yanaşma vəd edir”, – kanalın saytında bildirilir.