Yasamalda bədbəxt hadisə: Avtomobil bina tikmək üçün qazılmış bünövrəyə aşdı – VİDEO

Bakının Yeni Yasamal yaşayış massivində minik avtomobili yaşayış binasının inşası üçün qazılan xəndəyə düşüb.
Tacxeber.com xəbər verir ki, bu barədə Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi 5A ünvanında yaşayan sakinlər məlumat verib.
Onların sözlərinə görə, hadisə martın 27-də günorta saatlarında baş verib:
“Sürücü maşını arxaya verəndə xəndəyin kənarlarında quraşdırılan dəmir torları görmədiyi üçün aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Qəza yerinə gələn təcili tibbi yardım briqadasının həkimləri yaralıya ilkin müdaxilə ediblər”.
Həmçinin qeyd olunub ki, xəndək təxminən iki ilə yaxındır qazılıb və bu müddət ərzində orada heç bir tikinti işləri aparılmayıb: