“Fərhad Əhmədov mənə bir milyon dollar bağışlayıb” – Hacı Qalibdən ŞOK AÇIQLAMA

Sabiq millət vəkili Hacı Qalib Salahzadə 35-ci dəfə Həcc ziyarətində olub.
Tacxeber.com xəbər verir ki, sabiq millət vəkili bu məsələlərlə bağlı “manset.az”a açıqlamasında böyük səs-küyə səbəb olacaq açıqlama verib.
Hacı Qalib məşhur azərbaycanlı milyarder Fərhad Əhmədovun ona bir milyon dollar bağışladığını bildirib:
“Bir gün öz otağımda oturmuşdum, milyarder Fərhad Əhmədov yanıma gəldi. Söhbət əsnasında mənə bir milyon dollar bağışladı. Pulu nəğd formada verdi. Həmin ili 300 min dollar verib, yüzdən çox vətəndaşı ziyarətə göndərdim. Verilən pulu qəpik-qəpik, qənaətlə xərclədim. Fərhad Əhmədov eyni zamanda Bilgəh qəbiristanlığını da çox gözəl təmir edib. Sanki bulvara oxşayır. O da, mən də nə etmişəksə Allah yolunda etmişik”.