• 31 Mart 2025 09:17

Müdafiə naziri qoluna “kafir” döyməsi etdirib – FOTO

ABŞ-nin müdafiə naziri Pit Heqset sağ qolunun bazu nahiyəsinə ərəbcə “kafir” sözündən ibarət yeni döymə vurdurub. 

 

Tacxeber.com xəbər verir ki, ABŞ-nin müdafiə naziri Pit Heqset sosial şəbəkədəki paylaşımında ABŞ əsgərləri ilə birlikdə məşq edərkən çəkilmiş şəkillərini paylaşıb. Görüntülərdə Heqsetin qoluna yeni döymə vurulduğu məlum olub. Heqsetin sağ qolunun bazu nahiyəsində ərəbcə “kafir” sözünün yazıldığı aydın görünür.

 

Bədənində çoxsaylı döymələr olan və vəzifəyə başlamazdan əvvəl Amerika mediası tərəfindən diqqətlə araşdırılan Heqsetin yaxın vaxtlara qədər yayılan fotoşəkillərində kafir döymələri olmayıb.

 

Bu səbəbdən hesab edilir ki, Heqset bu döyməni xidməti zamanı etdirib. Bildirilir ki, “kafir” yazısı olan döymələr Qərbdə xüsusilə anti-islam ifrat sağçılar tərəfindən istifadə olunur.

 

Heqsetin bədənində səlib yürüşlərinin şüarlarından biri olan “Tanrı belə buyurdu” ilə yanaşı, səlibçilərə aid “Qüds Xaçı” da var. Onun “Deus Vult” (Tanrı belə deyir) mənasını verən latın ifadəsi, İraqda xidmət edərkən istifadə etdiyi AR-15 silahı ilə ABŞ bayrağı kimi xristian millətçi simvollarının döymələri var.

Oxşar xəbərlər