Yəhudi lobbisinin hərəkətə keçməsindən narahat olan erməni lobbisi prosesin qarşısını almağa çalışır.

ABŞ Konqresi Nümayəndələr Palatasının 60 üzvü ABŞ dövlət katibi Marco Rubio-ya çağırış edib. Demokrat Frenk Pallone, respublikaçı Michael Lawler-ə də daxil olduğu qrup deyir ki, Amerika Azərbaycana tətbiq etdiyi 907-ci düzəlişi gücləndirsin. Azərbaycanı etnik təmizləmə yolu ilə 120 min erməni xristianı Qarabağdan qovmaqda suçlayılrlar. Deyirlər ki, Azərbaycan Ermənistanın suveren ərazisin işğal edib. Azərbaycan erməni əsirləri qeyri-qanuni saxlayır və.s.
Frenk Pallone 1988-ci ildən Nümayəndələr Palatasının üzvüdür. Yəni o, az qala 40 ildir ki, Nümayəndələr Palatasında oturur. Ancaq bu illər ərzində bir dəfə də olsun işğalçı ermənilərin əleyhinə bir kəlmə söz deməyib.
Frenk Pallone 2024-cü ilin noyabrında COP29-da iştirak üçün Azərbaycana səfəri zamanı da ermənilərə dəstək nümayiş etdirdi. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı, kütləvi qətliam, mədəni irsin dağıdılması kimi cinayətlərinə həmişə dəstək verib və azərbaycanlılara qarşı etnik və dini əsaslı nifrət siyasəti həyata keçirib.
Xatırladım ki, 2001-ci ildə dondurulmuş 907-ci düzəliş məhz demokrat Co Bayden dönəmində-2024-cü ildə yenidən qüvvəyə mindi.
Hal-hazırda İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ-dakı yəhudi lobbisi 907-ci düzəlişin aradan qaldırılması uğrunda mübarizə aparırlar. 50-dən çox ABŞ ravvinin D.Trampa müraciəti də bu məsələ ilə bağlıdır.
Gördüyünüz kimi, yəhudi lobbisinin hərəkətə keçməsindən narahat olan erməni lobbisi prosesin qarşısını almağa çalışır. Əminəm ki, bu müraciət elə bu narahatlığın ifadəsidir…