• 31 Mart 2025 23:12

ABŞ-nin Qrenlandiyaya sahiblənməsinin səbəbi – RƏSMİ AÇIQLAMA

“Qrenlandiya niyə bu qədər vacibdir? Biz bilirik ki, Rusiya, Çin və digər ölkələrin Arktika keçidlərinə, dəniz yollarına və ərazilərinin mineral ehtiyatlarına müstəsna marağı var. Biz Arktikada Amerikanın liderliyini təmin etməliyik”.

 

Tacxeber.com xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Di Vens Qrenlandiyaya səfəri zamanı bildirib.

 

“Biz sadəcə olaraq başımızı quma basdıra bilmərik və ya Qrenlandiyada başımızı qarda basdıra bilərik. Çinlilərin bu geniş əraziyə maraq göstərmədiyini iddia edə bilmərik. Biz onların maraqlı olduqlarını bilirik”, – vitse-prezident qeyd edib.

 

ABŞ prezidenti Donald Tramp isə CNN-ə açıqlamasında deyib ki, Qrenlandiya onlara lazımdır. “Bu, beynəlxalq təhlükəsizlik üçün çox vacibdir”, – o deyib.

 

Əlavə edib ki, Danimarka və Avropa İttifaqı onun ərazi ilə bağlı fikirlərini başa düşür və xəbərdarlıq edir: “Əgər bunu etməsələr, biz bunu onlara izah etməli olacağıq”.

Tacxeber.com

Oxşar xəbərlər