Alatavada qanunsuz söküntü: “Melissa”nın ekskavatorçusu da həbs olundu
Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan ekskavatorun sürücüsü ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.
Tacxeber.com apa-ya istinadla xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin olunub.
Eynullayev Qala Seymur oglu barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.