• 01 Aprel 2025 03:19

Bədənə şəfa qatan 5 faydalı şorba

Şorbalar həm qidalandırıcı, həm də müalicəvi xüsusiyyətlərə malik ola bilər.

 

Tacxeber.com milli.az-a istinadən sağlamlıq üçün ən faydalı 5 şorbanı sizin üçün sıralayıb:

 

Toyuq bulyonu şorbası

Faydaları: İmmuniteti gücləndirir, soyuqdəymə və qrip əlamətlərini yüngülləşdirir, həzmi yaxşılaşdırır.
Əsas tərkibi: Toyuq bulyonu, yerkökü, kərəviz, soğan, sarımsaq.

 

Mərci şorbası

Faydaları: Zəngin protein və lif mənbəyidir, qan şəkərini tənzimləyir, toxluq hissi yaradır.
Əsas tərkibi: Qırmızı mərcimək, soğan, yerkökü, sarımsaq, zeytun yağı, kimyon.

 

Balqabaq şorbası

Faydaları: A, C, və E vitaminləri ilə zəngindir, dəriyə və göz sağlamlığına faydalıdır, həzmi asanlaşdırır.
Əsas tərkibi: Balqabaq, soğan, yerkökü, zəncəfil, kokos südü (və ya süd).

 

Göbələk şorbası

Faydaları: İmmuniteti gücləndirir, ürək sağlamlığını qoruyur, tərkibində antioksidantlar var.
Əsas tərkibi: Göbələk, soğan, sarımsaq, süd və ya krem, zeytun yağı.

 

Yaşıl tərəvəz şorbası

Faydaları: Detoks effekti verir, bədəni toksinlərdən təmizləyir, maddələr mübadiləsini sürətləndirir.
Əsas tərkibi: Ispanaq, brokoli, kələm, kərəviz, limon suyu, zeytun yağı.

Tacxeber.com

Oxşar xəbərlər