Myanmarda zəlzələ: 1000-dən çox ölü var
Cümə günü Myanmada baş verən dağıdıcı 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı artmaqda davam edərək 1002-yə çatıb.
Tacxeber.com AFP-yə istinadla xəbər verir ki, yaralıların sayı isə 2376 nəfər olub.
Axtarış-xilasetmə əməliyyatları davam etdikcə sayların artmağa davam edəcəyi gözlənilir və daha çox insanın dağıntılar altında qalacağından qorxular var.
Myanmada 7,7 bal gücündə zəlzələnin baş verib. Zəlzələnin episentri Saqainq şəhərindən 16 kilometr şimal-qərbdə, Mandalay şəhəri (Myanmanın ikinci ən böyük şəhəri) yaxınlığında yerləşib.