“Tramp 6 milyondan çox insanın ölümünə səbəb ola bilər” – BMT-dən HƏYƏCAN TƏBİLİ

ABŞ-ın maliyyəsi olmadan HİV/AİDS pandemiyası kəskin şəkildə pisləşə bilər. Söhbət milyonlarla ölüm və yeni infeksiyalardan gedir. BMT-nin hesablamalarına görə, əgər ABŞ HİV/QİÇS proqramı üçün maliyyələşdirməni bərpa etməsə, yaxın 4 il ərzində 6,3 milyon insan ölə bilər.
Tacxeber.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) HİV/AİDS üzrə Birgə Proqramının (UNAIDS) direktoru Vinni Byanyima bildirib.
Byanyima xəbərdarlıq edib ki, dünya HİV-də “əsl artım”la üzləşib. O cümlədən, 8,7 milyon yeni yoluxma gözlənilir.
UNAIDS direktoru qeyd edib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirməsinin aprel ayında bərpa olunacağı gözlənilsə də, HİV-ə qulluq mərkəzləri yenidən açılmaya bilər.
Hamısı ABŞ hökumətinin yeni tövsiyələrinə cavab verməyəcəkləri ilə bağlı narahatdır.
“ABŞ-ın maliyyələşdirməsinin qəfil dayandırılması bir çox klinikanın bağlanmasına, minlərlə tibb işçisinin işdən çıxarılmasına səbəb oldu” – deyə Byanyima bildirib.
O, ABŞ-ın maliyyələşdirməni azaltmaq istəməsinin ağlabatan olduğunu, lakin bunun tədricən həyata keçirilməli olduğunu söyləyib. Xilasedici yardımın qəfil dayandırılması ölkələrə, xüsusən Afrikaya, həm də Asiya və Latın Amerikasına dağıdıcı təsir göstərir.
UNAIDS direktoru həmçinin deyib ki, BMT digər hökumətlərdən maliyyə boşluğunu doldurmaq üçün çağırışları da “eşitməyib”.
UNAIDS-in məlumatına görə, 2023-cü ilə qədər dünyada təxminən 40 milyon insan HİV-lə yaşayır. Bu rəqəmdən təxminən 1,3 milyonu həmin il yoluxmuş və 630 min insan QİÇS-lə əlaqəli xəstəliklərdən dünyasını dəyişib.