• 02 Aprel 2025 04:40

Bəxtiyar Hacıyev -43

Azərbaycanın dəyərli aydınlarından biri olan Bəxtiyar Hacıyev növbəti dəfə doğum gününü həbsxanada qeyd edir.

 

Yeni həbs edilərkən Bəxtiyarın müdafiəsi əla təşkil olunmuşdu.Bəxtiyardan sonra həbs edilən heç bir siyasi məhbusun müdafiəsinə bu qədər insan səfərbər olmadı.

Hakimiyyət isə çox səliqəli şəkildə Bəxtiyar Hacıyevi bitirdi.Müdafiəsini darmadağın etdi.

 

Bu niyə baş verdi ?

Çünki, cəmiyyətimizdə solçusu,sağçısı, liberalı,demokratı,kommunisti fərq etməz, hərkəs dədə-baba ənənələrinin çərçivəsindən kənara çıxmağı bacarmayıb.Bu isə rejim üçün hər dəfə istifadə edilə biləcək oyun alətidir.

Bizlər öz beyinlərimizdə demokratikləşməyi bacarmadıqca, hürr olmadıqca, heç nəyə nail olası deyilik.

Bəxtiyarın müdafiəsi zamanı şəxsi həyatı ortalığa atıldı.Səs yazıları,yazışmalar və nələr-nələr.

 

Bundan sonra isə müdafiəsinə qalxmış şəxslərin böyük çoxluğu təlim-tərbiyyə və əxlaq normalarını əsas tutaraq geri çəkildi.

Guya, heç kimin kənarda şəxsi həyatında “hoqqa”ları olmayıb.

Gözdənsalma prosesində müdafiəsindən daha çox iştirak etdilər.

 

Özü də kimlər ?

Şəxsi həyatı Bəxtiyardan da ifrat dərəcədə çox qaranlıqlara qərq olanlar.

Fədakar və daimi dostları qaldı.Sonadək müdafiə etdilər.Amma bu yetərli olmadı.

Beynəlxalq təşkilatların da gözündən düşürülən Bəxtiyar, yerli ruporların əli ilə dərin quyuya məhkum edildi.

İçi mən qarışıq prosesə qoşulanlar cəmiyyətə izah etməliydik ki, bu insanın şəxsi həyatının mübarizəyə nə aidiyyatı ?

 

Kimin şəxsi həyatında təmiz səhifə var ?

Bəxtiyar müdafiəsiz qalanda anladım ki, sektor adamlarının əksəriyyəti şou , pul qazanmaq xatirinə ortalıqda dolaşırlar.Mübarizə məqsədləri heç də xalqa gün ağlamaq deyil.

Güzəranlarını yaxşılaşdırmaq olan bəzi “Yaramaz”lar, elə Bəxtiyarın həbsindən də maksimum yararlandılar.

Hacıyevin yanında təmənnasız sonadək dayanan 10-15 nəfər oldu.Onlardan da ikisi hazırda həbs həyatı yaşayır.

 

Sektorun tam 70 %-i moşennik(Dələduz) dəstəsidir.Buna görə mənə kim irad tutur,tutsun.

Baş verənlərə o qədər inanmışdım ki, hətta mən belə 5-6 kəlməlik “Bəxtiyarı müdafiə etdiyim üçün üzr istəyirəm” cümlə yazıb paylaşım etmişdim.Doğrudur bunu çox tez anladım ki, yanlış etmişəm.Yanlışlığımı da dərhal düzəltdim.

Sözüm onda deyil, Bəxtiyarın zəhməti və haqqı çoxlarının üzərində var.

 

Bizim cəmiyyət acı gerçəyi qəbul, etdiyi yanlışlıqları etiraf edə bilmir.

Buna görə də illərdir bu gündəyik.Cəmiyyətimizin başında gələn siyasilər də ümumi xaraktercə cəmiyyətlə eyni təfəkkürə malik olduğu üçün , hərşey sükunətdə dayanıb, tərpəniş yoxdur.

 

Əzizim Bəxtiyar, siz Azərbaycanın gələcəyi üçün ən lazımlı və dəyərli şəxslərdən birisiniz.Həm düşüncə, həm də siyasi təfəkkür baxımından ölkədə olan təktük demokratlardansınız.

Növbəti ad gününüzü azadlıqda qeyd etməyinizi arzu edirəm.

 

43 yaşınız mübarək olsun !

 

 

Ramin Əliyev

Tacxeber.com

Oxşar xəbərlər