Elmin açmağa çalışdığı sirr: Gövdəsindən su axan 150 yaşlı tut ağacı – VİDEO

Monteneqronun cənub-şərqində yerləşən Dinoşa kəndindəki qocaman tut ağacı hər kəsi heyrətə salıb.
Tacxeber.com xarici mətbuata istinadla xəbər verir ki, bu qeyri-adi tut ağacının gövdəsindən dayanmadan su axır. Yağışlı havalarda isə “canlı fəvvarə”nin suyu ətrafda böyük gölməçələr yaradır.
Kənardan baxanlar ağacın içərisinə su borusunun yerləşdirildiyini və boruya təzyiqlə su axıdıldığını zənn edir.
Halbuki burada heç bir su təchizatı yoxdur. Su təbii yolla təxminən bir yarım metr yüksəkliyə qalxır və ağacın gövdəsindən axıb tökülərək qeyri-adi mənzərə yaradır.
Qocaman tut ağacı çoxlarına mistik hal, sirr kimi görünsə də, alimlər tut bulağının sirrini yeraltı sularla əlaqələndirirlər.
Onların fikrincə, torpağın altında yaranan hövzələrin suyu ağacının ətrafına toplanır. Nəticədə orada yaranan təzyiq suyun ağacın gövdəsindəki boşluqlardan və çatlardan sıçrayıb axmasına yardım edir.