Həkimlər bu səbəbdən ağ xalat geyinirlər – Araşdırma

Dünya həkimlərinin səksən faizi ağ xalat geyinir. Günümüzdə tibb müəssisələrində mavi və yaşıl rəngli xalatlar istifadə olunmağa başlasa da ağ xalat həkimlər üçün əvəzedilməzdir.
Tacxeber.com xəbər verir ki, on doqquzuncu əsrin ortalarına qədər həkimlərin xüsusi forması olmayıb.
Qədim zamanlarda həkimləri üzdən tanıyırdılar. Ona görə də geyimin onlar üçün heç bir əhəmiyyəti olmurdu.
Tibb işçilərinin ağ xalat geyinməsi ilk dəfə ingilis həkimi Cozef Lister tərəfindən düşünülüb. O, ağ rəngin antiseptik xüsusiyyətlərə malik olduğunu düşünürdü.
Sonralar ağ xalatla cərrahın peşəkarlığını xarakterizə etməyə başladılar. Belə ki, onun xalatı qanla nə qədər az ləkələnirdisə, bacarığı da o qədər yüksək qiymətləndirilirdi. Getdikcə, ağ xalatlar tibbdə daha çox yayılmağa başladı.