İrandan 85 qəpiyə alıb, S.Ərəbistanına 23 manata satmışıq

2025-ci ilin yanvar ayında Azərbaycana toplamda 785.86 ton təzə və ya soyudulmuş badımcan idxal olunub.
Tacxeber.com valyuta.az-a istinadən xəbər verir ki, idxal olunan badımcan İran İslam Respublikasından gətirilib və bunun müqabilində ödənilən məbləğ 392.93 min ABŞ dolları olub.
Yəni, İran İR-dən idxal olunan badımcanın 1 kiloqramı 0.5 dollar olub.
Sözügedən dövrdə isə 270 kq həcmində badımcan ixrac olunub. Məlumata əsasən, bu ixrac Səudiyyə Ərəbistanına olub.
Bu ixracdan əldə edilən gəlir isə 3.75 min dollar olub. Səudiyyə Ərəbistanına ixrac olunan badımcanın 1 kiloqramı isə 13.8 dollar olub.