Rus qadın özünün xəbəri olmadan azərbaycanlı kişinin arvadı OLDU
Rusiyanın Vladivostok vilayəti sakini həyatında heç vaxt görmədiyi Azərbaycan vətəndaşı ilə evli olduğunu təsadüfən bilib.
Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumatlar yayılıb.
Qadın uşaq pulu üçün sosial təminat orqanlarına müraciət etdikdə və nikah qeydinə dair arxiv məlumatlarını əldə etdikdə aşkarlanıb ki, o, azərbaycanlı ilə rəsmi nihakdadır.
Məlum olub ki, nikah onun itirilmiş pasportundan istifadə etməklə qeydə alınıb. O, əvvəllər itkin sənədlə bağlı polisə məlumat verib.
Qadın rayon prokurorluğunda nikahın etibarsız sayılması ilə bağlı iddia qaldırıb.