Rusiyadakı azərbaycanlıların nəzərinə! – Sabahdan bu qadağa qüvvəyə minir


Rusiyada bu il aprelin 1-dən miqrant övladlarının məktəblərə qəbulunda qadağalar tətbiq ediləcək.
Tacxeber.com xəbər verir ki, əcnəbilər Rusiya ərazisində olmalarının qanuniliyini təsdiq edən sənəd təqdim edilməklə əsas ümumi təhsil proqramları üzrə məktəbə qəbul ediləcəklər.
Eyni zamanda məktəbə qəbul olmaq üçün şagird rus dili biliyi ilə bağlı imtahandan uğurla keçməlidir. Qeyd edək ki, imtahan testi ödənişsiz olacaq. Bu, Rusiyanın Təhsil Nazirliyi tərəfindən müəyyən edilib.