Saqqız çeynəyənlərin nəzərinə: Xərçəng riskini artırır

Saqqız çeynəmək xərçəng xəstəliyinə səbəb ola bilər.
Tacxeber.com “Daily mail”ə istinadla xəbər verir ki, bununla bağlı elmi araşdırma aparılıb.
Məlum olub ki, saqqızda tərkibində plastik olan polimerlər mövcuddur. Çeynədiyimiz zaman bu maddələr tez bir zamanda tüpürcəklə qarışaraq mikroplastiklərin ayrılmasına səbəb olur.
Səs-küy yaradan araşdırmada iki fərqli təcrübə aparılıb. Müvafiq olaraq, araşdırma qrupu bazarlardan alınan 5 marka sintetik və 5 marka təbii saqqızı sınaqdan keçirib. İlk təcrübədə hər bir subyekt 7 fərqli saqqız çeynəyib və hər 30 saniyədən bir tüpürcək nümunəsi götürülüb. İkinci təcrübədə, hər bir saqqız parçasından mikroplastiklərin buraxılma sürətini ölçmək üçün 20 dəqiqə ərzində periyodik olaraq tüpürcək nümunələri toplanıb.
Əldə edilən nümunələr çərçivəsində saqqızın hər qramından orta hesabla 100 mikroplastik ayrıldığı, bəzi hissələrdə isə hər qramında 600 mikroplastikin olduğu müşahidə edilib.
Tədqiqatçılar deyirlər ki, orta hesabla bir insan ildə 160-180 ədəd saqqız çeynəyir ki, bu da təxminən 30 min mikroplastik istehlak edir.
Araşdırmalar göstərir ki, bu mikroplastiklər insan orqanizminə daxil olduqda DNT-yə ciddi ziyan vurur və uzun müddət ərzində xərçəngə tutulma riskini artırır.
Kaliforniya Universitetinin Los Anceles (UCLA) mühəndislik professoru və baş araşdırmaçı Sancay Mohanti saqqızla bağlı bu sözləri deyib: