• 02 Aprel 2025 04:32

Tramp: İran razılaşmasa, görmədiyi bombardmana məruz qalacaq

İran ABŞ ilə nüvə silahı istehsal etməyəcəyini təmin edən razılığa gəlmədiyi təqdirdə bu ölkə  bombardman ediləcək və yeni tariflər tətbiq ediləcək.

 

Tacxeber.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibəsində deyib.

 

“Əgər İran razılığa gəlməsə, bombardmana məruz qalacaq. Bu, onların heç vaxt görmədiyi bir bombalama kampaniyası olacaq”, – Tramp qeyd edib.

 

O əlavə edib ki, ABŞ və İran rəsmiləri arasında danışıqlar aparılır.

 

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian da ABŞ ilə dolayı yolla danışıqlar imkanlarına açıq olduqlarını bildirib.

Tacxeber.com

Oxşar xəbərlər