Natiq Cəfərli: Anlamırlarmı ki, belə addımlar avtoritar liderlərin çörəyinə yağ sürtür?

Fransada prezidentliyə namizəd, növbəti seçkilərdə qalib gəlmə şansı çox yüksək olan Marine Le Pen haqqında bu gün məhkəmə həbs və 5 il siyasət qadağası qərarı verib.
“Psevdo-sol” və “psevdo-liberallar” artıq faşizmə doğru gedir və demokratiyanı tapdalamaqla məşğuldurlar.
Trampa qarşı alınmadı, amma Rumıniyada, indi də Fransada anti-demokratik, absurd qərarlar verirlər, Moldovada qaqauz lideri həbs edirlər – dünyanı lap iyrənc günə salıblar. Qanmırlar ki, bu addımlarla özlərinə qarşı xalqı daha çox qəzəbləndirir, sağ, sağ-millətçiliyi daha da gücləndirirlər.
Bu addımlardan sonra Fransa, AB ölkələri nə üzlə, məsələn, Azərbaycanda siyasi məhbus məsələsindən danışacaqlar?! Anlamırlarmı ki, belə addımlar avtoritar liderlərin çörəyinə yağ sürtür?!
Yaxşı, bu qədər axmaqdırlarmı? Məncə yox, dəfələrlə yazdım – dünyada son 35 ildə ilk dəfədir ki, ciddi ideoloji mübarizə gedir, “siyasi impotent” olan “psevdo-sol, psevdo-liberallar” dünyada hakimiyyətlərini itirməkdən qorxduqları üçün səhvlər edirlər, yeni ideyalar “doğmaq” əvəzinə repressiyalara gedirlər. Bu isə ulta-sağ və ultra-millətçiliyi daha da gücləndirəcək, nəticədə daha fəlakətli dünyada yaşamalı olacağıq…