• 02 Aprel 2025 20:02

Həbsdə olan AXCP fəalı anasına görə aclığı dayandırıb

Partiyadan Azadlıq Radiosuna verilən məlumata görə, Əhmədov anasına görə aclığı dayandırmağa razılaşıb.

 

Bildirilib ki, AXCP fəalının anası Hürü Əhmədova da oğlu ilə yanaşı aclıq etmək qərarı verib.

Məlumata görə, Hürü Əhmədova övladıyla bərabər sonadək aclığı davam etdirəcəyini deyib və Niyaməddin Əhmədov anasının bu qərarından xəbər tutandan sonra martın 30-da aclığı dayandırıb.

 

Niyaməddin Əhmədov 2021-ci ildə Cinayət Məcəlləsinin terroru maliyyələşdirmə, dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq, qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama maddələri ilə ittiham edilərək 13 il azadlıqdan məhrum edilmişdi.

Mart ayının əvvəlində Əhmədovun saxlanıldığı 7 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) cərimə kamerasına-  karserə salındığı da xəbər verilib.

 

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıb.

Əhmədov Əli Kərimlinin hazırda həbsdə olan iki mühafizəçisindən biridir.

2025-ci il martın 21-də bıçaqlanma ittihamı ilə saxlanılan Əli Kərimlinin digər mühafiəzçisi Kənan Basqalın barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

 

AXCP bildiri ki, partiyanın hazırda həbsdə olan üzvlərinin sayı 16 nəfərə çatıb, son illərdə uzun müddətli siyasi məhbus həyatı yaşayan üzvlərinin sayı isə 50 nəfəri keçib.

Həbsdə olan AXCP üzvləri həbslərini siyasi sifariş adlandırırlar.

Hökumət nümayəndələri isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını bildirirlər.

 

Tacxeber.com

Oxşar xəbərlər