“İki ildən sonra Ağdama köçəcəm”

Aprelin 1-də Milli Məclisin III, VI, V, VI və VII çağırış deputatı, Yazıçılar Birliyinin üzvü Aqil Abbasın 72 tamam olub. Aqil Abbas 1953-cü il aprelin 1-də Ağdamda dünyaya göz açıb.
Tacxeber.com xəbər verir ki, Modern.az-ın əməkdaşı 72 yaşlı Aqil Abbasla həmsöhbət olub.
O, bildirib ki, heç vaxt təmtəraqlı ad günü keçirmir: “4 ildir ki, ad günümdə Ağdamda oluram. Dünən də Ağdamdaydım, Bakıya yeni gəlmişəm. Böyük məclis qurmağı xoşlamıram. Amma ailəmlə bir yerdə ad günümü təbii ki, qeyd edəcəm. Nəvələrim başıma yığılacaq”.
Deputat qeyd edib ki, iki ildən sonra Ağdama köçəcək: “Allah ömür versə, iki ildən sonra Ağdama köçəcəyəm. Yeni köç olan kimi möhtərəm Prezidentimdən xahiş edəcəm, xanımımı qoltuğuma vurub Ağdama yerləşəcəm”.