Putin daha 160 min nəfəri orduya cəlb edir

Putin orduya daha 160 min yığmaq haqqında əmr verdi.
Rusiya prezidenti Vladimir Putin 2025-ci ilin aprel-iyul aylarında 160 min nəfərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.
Müvafiq fərman rəsmi hüquqi informasiya portalında dərc olunub.
Sənəddə deyilir: “2025-ci il aprelin 1-dən iyulun 15-dək 18-30 yaş arası Rusiya vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması həyata keçirilsin”.