Trampdan “TikTok“la bağlı sərt AÇIQLAMA: “Son 5 gün qaldı“
Çinin “ByteDance” şirkətinə məxsus “TikTok”un ABŞ seqmentinin satışı ilə bağlı sövdələşmə bu həftə bağlanacaq.
Tacxeber.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, proses aprelin 5-dək yekunlaşacaq.
“Bizim çoxlu potensial alıcılarımız var. “TikTok”a böyük maraq var”, – dövlət başçısı əlavə edib.
O, ölkədə bu xidmətin bloklanılmaması üçün satılmasının zəruri olduğunu vurğulayıb.